» » » "Qarabağ" - "Samtredia" oyununa ilk gündə neçə bilet satılıb?

"Qarabağ" - "Samtredia" oyununa ilk gündə neçə bilet satılıb?

"Qarabağ" - "Samtredia" oyununa ilk gündə neçə bilet satılıb?UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Gürcüstan "Samtredia"sı arasında keçiriləcək qarşılaşmanın biletləri dünəndən etibarən satışa çıxarılıb.
Premyer.az xəbər verir ki, azarkeşlər hər gün saat 10:00-dan 19:00-a kimi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından bilet əldə edə bilər. Ağdam klubundan verilən açıqlamaya görə, artıq ilk gündə 2500 bilet öz sahibini tapıb.

Qeyd edək ki, "Qarabağ" – "Samtredia" matçı iyulun 11-də keçiriləcək və saat 21:00-da start götürəcək.
Biletlərin qiyməti sektorlara görə 1-5 AZN arasında dəyişir, VİP sektoruna isə 30 AZN-di.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-13, 29, 38 və 14-18 nömrəli sektorlar - 5AZN
VİP - 30 AZN
163