» » » "Neftçi”dən ayrılan futbolçu Avstriya klubunda!

"Neftçi”dən ayrılan futbolçu Avstriya klubunda!

"Neftçi”dən ayrılan futbolçu Avstriya klubunda!"Neftçi” ilə müqaviləsi başa çatan futbolçu Elvin Bədəlov komandanı tərk edir. Premyer.az xəbər verir ki, 22 yaşlı müdafiəçi fikirlərini klubun rəsmi saytına bildirib:

"Məzuniyyətdən qayıdandan sonra klub rəhbərliyi yeni müqavilə təklif etdi. Buna görə onlara minnətdaram. Amma pararlel olaraq, daha doğrusu, "Neftçi” ilə müqaviləm başa çatandan sonra menecerim mənə yeni klub axtarırdı. Yerli klublardan, eləcə də Avstriyadan təkliflər var idi, amma mən ölkə xaricində oynamaq qərarına gəldim. Klub rəhbərliyi ilə danışdım, şərtlər məni qane etdi və razılıq verdim. Legioner həyatı yaşamaq mənim üçün yeni təcrübə olacaq. "Neftçi”yə minnətdaram, bu komandada 3 il oynadım. Bu mənim üçün böyük şərəf, böyük təcrübə oldu. Çalışdığım məşqçilərə təşəkkür edirəm. Hər birindən nələrsə öyrəndim. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana qayıdıb, yenidən "Neftçi”də oynayacağam”.
249     
Reklam

Reklam