» » » "Kəpəz" əsas heyətini 3 futbolçu ilə gücləndirdi

"Kəpəz" əsas heyətini 3 futbolçu ilə gücləndirdi

"Kəpəz”in əvəzedici heyətinin 3 üzvü əsas komandaya dəvət alıb. Premyer.az xəbər verir ki, yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov məşqçilər korpusunun etimadını qazanıb.

Adı çəkilənlər daimi qaydada əsas komandanın tərkibində yer alacaqlar. Beləliklə də onlar qarşıdakı mövsüm üçün əsas komandanın tam hüquqlu üzvü olacaqlar.
Qeyd edək ki, ötən çempionat ərzində hər 3 futbolçu ara-sıra əsas komandaya cəlb olunaraq adları oyunlar üçün iştirak ərizəsinə salınıb. Yay və qış toplanışı müddətində kollektivin tərkibində olub.

894     
Reklam

Reklam