» » » Millinin sabiq futbolçusu "Qəbələ"də baş məşqçi təyin edildi

Millinin sabiq futbolçusu "Qəbələ"də baş məşqçi təyin edildi

"Qəbələ” Futbol Klubunda yeni təyinat gerçəkləşib. Premyer.az bildirir ki, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. O, 2015-ci ildən məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək.
Futbolçu kimi "Şəfa” (1997-1999), "İnter” (1999-2007), "Xəzər Lənkəran” (2007-2008), "Neftçi”nin (2008-2011) şərəfini qoruyan Baxşıyev karyerasını "Qəbələ”də (2012-2013) başa vurub. Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, "Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib. 2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan Baxşıyev yığmada 32 görüşdə iştirak edib. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri "Neftçi”nin U-19 komandası olub.
255