» » » "Neftçi" Almaniya klubu ilə qarşılaşacaq

"Neftçi" Almaniya klubu ilə qarşılaşacaq

Premyer.az xəbər verir ki, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayan "Neftçi” PFK iyulun 24-də ölkə xaricinə çıxacaq. Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq.
 
Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. "Neftçi”nin yay hazırlıq planı ilə bağlı ətraflı məlumat yaxın günlərdə rəsmi saytda dərc olunacaq.
234     
Reklam

Reklam