» » » TRANSFER! "Səbail"dən ayrılan futbolçu Türkiyə klubunda

TRANSFER! "Səbail"dən ayrılan futbolçu Türkiyə klubunda

21 yaşadək futbolçulardan ibarət yığma komandamızın sabiq üzvü Ruslan Tağızadənin yeni klubunun adına aydınlıq gəlmək üzrədir.

Premyer.az xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirə bilər.
Belə ki, o, yaxın günlərdə Türkiyə I liqasında mübarizə aparan "Manisaspor” klubu ilə müqavilə imzalamağa yaxındır. Bu gün komandanın heyətində ilk məşqinə çıxacaq futbolçunun durumu məşqçilər korpusunu qane etsə, onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Tağızadənin son klubu "Səbail” olub.
 
Foto: Rauf İSKƏNDƏROV

480     
Reklam

Reklam