» » » "Zirə"nin Avrokubok debütu uğurlu alındı!

"Zirə"nin Avrokubok debütu uğurlu alındı!

Avropa Liqasında 2017/18 mövsümü start götürüb. Premyer.az bildirir ki, ölkəmizi bu turnirdə təmsil edən "Zirə” ilk oyununa çıxıb.

Ayxan Abbasovun komandası Bakıda Lüksemburqun "Differdanj” klubunu qəbul edib. Avrokuboklarda debüt edən təmsilçimiz 2:0 hesablı qələbəyə sevinib. Qolları 22-ci dəqiqədə Riçard Qadze, 80-ci dəqiqədə isə Kervens Belfort vurub.

"Zirə” ötən mövsüm də Avroliqaya vəsiqə qazanmışdı. Ancaq klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən çempionatın gümüş mükafatçısı qitənin ikinci dərəcəli klub turnirinə buraxılmamışdı.
 
FOTO: Rauf İSKƏNDƏROV
325     
Reklam

Reklam