» » » ”MƏKTƏBLƏRDƏ FUTZAL” III HİSSƏ (LAYİHƏ)

”MƏKTƏBLƏRDƏ FUTZAL” III HİSSƏ (LAYİHƏ)

”MƏKTƏBLƏRDƏ  FUTZAL”  III  HİSSƏ (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində "Məktəblərdə Futzal” yazısının III və yekun hissəsini təqdim edirik.
 
Bu hissədə - futzalın məktəblərdə tətbiqi planı və mərhələləri, o cümlədən layihənin tətbiqindən gözlənilən nəticələrdən bəhs edəcəyik. 
 
FUTZALIN  MƏKTƏBLƏRDƏ  TƏTBİQİ  PLANI  VƏ  MƏRHƏLƏLƏRİ
”MƏKTƏBLƏRDƏ  FUTZAL”  III  HİSSƏ (LAYİHƏ) 
1.      İlkin mərhələdə, məktəblərdə futzal seksiyalarının yaradılması və lokal yarışların təşkili və keçirilməsi üçün Azərbaycan əraziləri müəyyən ediləcək. Məsələn, ilk öncə bu layihənin Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir və sairə bu kimi böyük şəhərlərdə tətbiq olunması daha məqsədə uyğun olar.  Çünki kənd, rayon və qəsəbələrdən fərqli olaraq, şəhərlərdə bu layihənin tətbiqi üçün minimal maddi-texniki baza mövcuddur.
 
2.      Ərazilər müəyyən edildikdən sonra, hər bir şəhərdə, layihənin tətbiq ediləcəyi bir və ya bir neçə pilot məktəb seçiləcək.
 
3.      Məktəb direktorları və bədən tərbiyyəsi müəllimlərinin, o cümlədən Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyini, AFFA, Regional Futbol Federasiyaları və idman idarələri və Azərbaycan Futzal Federasiyasının da nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək və ilkin çalışma planı hazırlanacaq.
 
4.      Növbəti mərhələdə futzal seksiyalarının təşkil edilməsi üçün, oğlan və qızlar arasında müvafiq yaş qrupları müəyyən ediləcək. Məsələn – oğlanlar arasında 6-8 yaş arası, 9-11 yaş arası, 12-13 və 14-15 yaş arası qruplar, qızlar arasında isə 12-15 yaş arası qruplar təşkil edilə bilər.
 
5.      Bu mərhələdə məktəblərdəki yaş qrupları arasında futzal turnirləri təşkil ediləcək. Qalib komandalar regional turnirlərdə iştirak edəcək. 
 
6.      Son mərhələdə, əldə edilmiş təcrübə və praktikadan lazımi nəticələr çıxardılaraq, layihənin ilkin mərhələsinə yekun vurulacaq və növbəti mərhələlərdə, artıq bu lahinənin rayon, kənd və qəsəbələrdə yerləşən orta təhsil məktəblərində, o cümlədən internat məktəblərində və yetimlər evində də tətbiqi planı reallaşdırılacaq.
 
 LAYİHƏDƏN  GÖZLƏNİLƏN  NƏTİCƏLƏR
 
-          Bu layihənin reallaşdırılması nəticəsində daha çox sayda şagirdin dərsdən kənar vaxtlarda idmanla və bədən tərbiyəsi ilə məşğul olması təmin ediləcək;
 
-          Böyüməkdə olan nəslin fiziki hazırlıq və sağlamlığının möhkəmlənməsinə böyük töhfə verəcəkdir;
 
-          Nəinki mini futbol (futzal), hətda böyük futbol üçün də istedadlı gənclərin seçilməsi üçün real imkanlar yaradacaq;
 
-           Bədən tərbiyyəsi və idmanla məşğul olan, ümumiyyətlə sağlam həyat tərzi sürən gənclərimizin sayını xeyli artıracaq;
 
-          Uşaq və tələbə gənclərin yaradıcı fəallığının inkişaf etdirilməsi, o cümlədən elmi və elmi-pedaqoji kadrların yetişdirilməsi yolunda sağlam bazanın yaradılmasını təmin ediləcək. 
 
Yazıda istifadə olunan fotolar: APA, AFFA və s.
 

 

 
137