Futbol klublarımız niyə futzala diqqət ayırmır? (LAYİHƏ) » Premyer.Az
» » » Futbol klublarımız niyə futzala diqqət ayırmır? (LAYİHƏ)

Futbol klublarımız niyə futzala diqqət ayırmır? (LAYİHƏ)

Futbol klublarımız niyə futzala diqqət ayırmır? (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində növbəti yazısını təqdim edirik.

Bu gün futbol millimizin və klublarımızın nisbətən uğurlu çıxışı təqdirəlayiq olsa da, futzalımıza diqqət azdır. Düzdür, milli və klub səviyyəsində müəyyən uğurlar əldə olsunsa da (futzal millimiz reytinqdə futbol yığmamızdan irəlidədir) həm yığmanın, həm də klubların heyətində əcnəbilərin çoxluq təşkil etməsi idmanın bu növündə axsaqlıqların bariz göstəricisidir.
 
 
Hələ ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda yaxşı futzalçılar kifayət qədər idi. İndi ilə müqayisədə millimiz uğurlu nəticələr əldə etməsə də, beynəlxalq yarışlarda rəqibləri ilə başabaş mübarizə apara bilirdi. Həmin müddətdə futzala federasiyanın diqqət ayırmaması, maddi problemlər idmanın bu növünün inkişafına mane olan amillərin əsasını təşkil edirdi. Bunun nəticəsi olaraq futzal tariximiz çox da ürəkaçan səhifəyə malik olmadı.
  Futbol klublarımız niyə futzala diqqət ayırmır? (LAYİHƏ)
Təəssüf ki, arxada qalan illər futzalımızın xeyrinə işləmədi. Digər bir məsələ Azərbaycan Futzal Federasiyası ilə bağlıdır. Federasiyanın prezidenti Zaur Axundovnın olsa da, üz tutulacaq bir məkanın olmaması hələdə futbolla müqayisədə bu sahənin ikinci planda qalmasının göstəricisidir.
 
Bu gün azərbaycanlı azarkeşlərə futzal klublarımız haqqında sual versək, elementar klubların adlarını soruşsaq ən çox eşidəcəyimiz Naxçıvanın "Araz” klubu olacaq. Federasiyanın rəsmi saytının olmaması, milli komanda haqqında xəbərlərin AFFA-nın saytı vasitəsilə yayımlanmasına gətirib çıxarır. Buradan belə nəticə çıxarmaq olur ki, Futzal Federasiyası AFFA daxilində bir qurum kimi futbola sığınıb. 

Ölkə çempionatındakı rəqabət isə heç də ürəkaçan deyil.Yüksək liqada 7 komanda mübarizə aparır ki, onlardan yalnız üçü əsl rəqabət aparacaq gücdədir. Araz, Neftçi  və EKOL.  Çempionun adı isə hər il eynilə təkrarlanır – Araz. Belə qənaətə gəlmək olar ki, digər komandalar ad olsun, klub sayı düzəlsin prizmasından həmin rəqabətin bir hissə olmağa çalışır.
 
Heyətlərə nəzər salsaq, adlarını çəkdiyimiz bu üç komandanan başqa heç bir klubda əcnəbilərə rast gəlmək mümkün deyil. Millinin də əsas heyəti Arazın futzalçılarından təşkil olunub.  Çempionatın təqvimindən danışanda isə xeyli çətinliklə üz-üzə qaldıq. Hanı oyunun nə zaman baş tutacağı, harada keçiriləcəyi ilə rəsmi məlumat yox səviyyəsindədir. Həvəskar olaraq fəaliyyət göstərən futsal.az portalı bu işdə nisbətən köməkliyə çatır. 

Məsələnin digər tərəfi 1-ci və 2-ci liqada oynayan klubların aqibətidir. Orda da vəziyyət sanki futbol üzrə ölkə çempionatındakı kimidir. Divizionda çempion olan komanda Premyer Liqada iştirak etmək üçün lazım olan məsələləri həll edə bilmədiyi kimi, futzalda da klublar Yüksək Liqaya çıxmır, ya da çıxa bilmir.
 
Təbii ki,  bu məsələlərin kökündə maddi məsələlər dayanır. Federasiya prezidenti Zaur Axundovun sayəsində mövcud olan milli komanda və "Araz” isə legionerlərin hesabına futzal meydanlarında "at” oynadır. Millimizin və "Araz”ın uğurlarına sevinsək də, futzal üzrə ölkə çempionatının ağlamalı vəziyyətdə olması narahatlıq doğurur.  Bəs, futzalımızın inkişafı istiqamətində hansı işlər görülür?

Məsələnin başlıca səbəblərindən biri futbol üzrə Premyer Liqa klublarının bu işdə maraqlı olub, olmamasıdır. Futzalda yalnız Qarabağ və Neftçinin komandaları var. Ölkə Premyer Liqasının son çempionu Qarabağın futzal komandasının durumuna baxaq. Klub Yüksək Liqada yox, 1-ci Liqada mübarizə aparır. Heyəti isə veteranlardan ibarətdir. Göründüyü kimi, Qarabağ rəhbərliyi bu işdə qəti maraqlı deyil. Çox uzağa getmək lazım deyil. Qardaş ölkənin futbol komandalarının futzal, basketbol, voleybol klubları az qala futbolu geridə qoyur. Bizdə isə komandalarımızın heç futzal klublarını tapa bilmirik. Bu durumda hansı inkişafdan danışmaq olar?

 

297     
Reklam

Reklam