» » » ŞOK! Daha bir adlı-sanlı Azərbaycan klubu fəaliyyətini dayandırır

ŞOK! Daha bir adlı-sanlı Azərbaycan klubu fəaliyyətini dayandırır

Ötən il birinci Divizionda çıxış edən "Şəmkir” klubunun daha doğrusu prezident Elvin Səfərlinin böyük iddiaları vardı. Stadion tikintisi, Premyer Liqa, əvvəlki əzəmətin qaytarılması. Amma bütün bunlar elə iddia olaraq qaldı. Hətda futbolçular AFFA-nın inzibati binasına gəlib maaş üsyanı da etdilər ki, onları da başa düşmək  olar.

Premyer.az cildirir ki, nədənsə, 2017-2018-ci illər mövsümündə Premyer Liqaya yüksəlməyi planlaşdıran klubdan indi səs-səmir yoxdur. Əldə etdiyimiz məlumata görə, bir sıra klublar növbəti mövsümün planlarını qursalar da, "Şəmkir”də bu məsələ ilə bağlı işlər getmir. Hətda klubun fəaliyyətini dayandırıb, gələn mövsümün I Divizionda çıxış etməməsi an məsələsidir. 
Qeyd edək ki, "Şəmkir" birinci divizionda ötən mövsümü 6-cı pillədə başa vurmuşdu.

657     
Reklam

Reklam