» » » Futbol əfsanəmiz karyerasını "Səbail"də davam etdirəcək

Futbol əfsanəmiz karyerasını "Səbail"də davam etdirəcək

Azərbaycan futbol tarixinin ən yaxşı bombardiri Nazim Əliyevin yeni iş yeri müəyyənləşib.

Premyer.az xəbər verir ki, veteran hücumçu "Səbail” klubunda çalışacaq. Bundan öncə milli komanda, "Olimpik”, "Neftçi” kimi komandalarda köməkçi məşqçi funksiyasını yerinə yetirmiş Nazim Əliyev "Səbail”in U-16 komandasına rəhbərlik edəcək. Ona Azərbaycan futbolunun bir başqa tanınmış nümayəndəsi Fərrux İsmayılov yardımçı olacaq.
"Səbail”in U-19 komandasına isə futbolumuzun ən çox klub dəyişmiş nümayəndələrindən biri Vasif Haqverdiyev nəzarət edəcək.
635     
Reklam

Reklam