» » » Daha iki futbolçu "Səbail"in düşərgəsində

Daha iki futbolçu "Səbail"in düşərgəsində

Azərbaycan Premyer Liqasının debütantı "Səbail” klubunun düşərgəsinə iki yeni futbolçu cəlb olunub.
 
Premyer.az bildirir ki, bunlar ötən mövsümü "Qəbələ”də keçirən Murad Musayevlə AZAL-da forma geyinmiş Elşad Manafovdur. Hər iki oyunçu məşqlərdə iştirak etsə də hələ ki yeni müqaviləyə imza atmayıblar.
 
Onlarla bağlı qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, "Səbail" bunadək Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Raul Yaqubzadə, Aqşin Muxtaroğlu, Emin Cəfərquliyev, Vüqar Nadirov, Nurlan Novruzov və Elman Taqayev kimi futbolçuların keçidini həll edib.


Daha iki futbolçu "Səbail"in düşərgəsində
345