» » » Azərbaycanlı futbolçu "Krılya Sovetov" klubunda

Azərbaycanlı futbolçu "Krılya Sovetov" klubunda

Azərbaycanlı futbolçu "Krılya Sovetov" klubundaRusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevi heyətinə qatıb. Premyer.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Əliyev yeni komandasında 10 nömrəli forma altında çıxış edəcək. O, Samara təmsilçisinin rəsmi saytına açıqlamasında "Krılya Sovetov"a keçməsindən məmnunluğunu dilə gətirib: "İstərdim ki, komandamız oyunu və yaxşı nəticələri ilə azarkeşləri sevindirsin. Qarşımızda duran vəzifəni də anlayıram. Onu yerinə yetirmək lazımdı".
Hazırda Serbiyada təlim-məşq toplanışında olan "Krılya Sovetov" yerli "Dunav" komandası ilə yoxlama matçı keçirib. Əliyev bu oyunun 7-ci dəqiqəsində hesabı açıb. Görüş isə samaralıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, Azər Əliyev ötən mövsümü I Divizionda çıxış edən "Yenisey"də "Krılya Sovetov"un hazırkı baş məşqçisi Andrey Tixonovun rəhbərliyi altında keçirib.
208