» » » Daha bir azərbaycanlı futbolçu Türkiyədə! (ÖZƏL)

Daha bir azərbaycanlı futbolçu Türkiyədə! (ÖZƏL)

Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.
 
Premyer.az saytının öz mənbələrindən əldə etdiyi məlumata əsasən, son mövsümü "Bakılı" klubunun heyətində keçirən Nurlan Məmmədzadə hal-hazırda Türkiyədə baxışdadır.
Bir neçə Türkiyə klubunun maraq dairəsində olan 23 yaşlı yarımmüdafiəçi Ramazan ayının bitməsini gözləyir. Belə ki, Ramazan ayı boyunca Türkiyə klublarının əksəriyyəti transfer çalışmalarına ara verir.
 
Artıq bir neçə klubda baxışdan keçən Nurlan, fərdi məşqlərini Türkiyədə davam etdirir.
 
"Bakı" klubunun yetirməsi olan Məmmədzadə, futbolçu karyerası ərzində "Şuşa-Qarabağ", "Lokomotiv Biləcəri", "Şahdağ" Qusar  və "Bakı" klublarının şərəfini qoruyub.
 
 
Qeyd edək ki, Nurlan Birinci Divizionda 2017-ci ilin Noyabr ayının "Ən yaxşı qolun müəllifi" də seçilib.
 
FOTO: RAUF İSKƏNDƏROV / Premyer.az
341