» » » SON DƏQİQƏ! AFFA-nın ilk prezidenti dünyasını dəyişib

SON DƏQİQƏ! AFFA-nın ilk prezidenti dünyasını dəyişib

SON DƏQİQƏ! AFFA-nın ilk prezidenti dünyasını dəyişibMoskva şəhərində, həyatının 79-cu ilində AFFA-nın ilk prezidenti olmuş Fuad Musayev dünyasını dəyişib.
 
Premyer.az xəbər verir ki, bu haqda mərhumun yaxınları haqqın.az saytına məlumat verib. Qeyd edək ki, Fuad Musayev böyrək çatızmazlığı xəstəliyi ilə əlaqədar tez tez Moskva şəhərində müayinə olunurmuş. Dünən komaya düşən Musayev, bu gün saat 12:00-da dünyasını dəyişib.
 

 

Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olmuşdur. Atası Şuşadan, anası Gəncədəndir. 12 yaşından idmanla məşğul olub.

1952-ci ildən futbol və voleybol oynamağa başlayıb. 1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunmuşdur. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşımışdır. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.

O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışıb. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Fuad Musayev AFFA-nın ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik etmişdir.

1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.

 

Premyer.az saytının kollektivi mərhuma Allahdan rəhmət, ailəsinə səbr diləyir. ALLAH RƏHMƏT ELƏSİN

137