» » » "Azərbaycanlı futbolçu mənim üzümə tüpürdü və söydü..."

"Azərbaycanlı futbolçu mənim üzümə tüpürdü və söydü..."

Qazaxıstan milli komandasının sabiq futbolçusu Maksim Jalmaqambetov Azərbaycan yığmasına qarşı keçirdiyi oyunu xatırlayıb.

Premyer.az xəbər verir ki, təcrübəli müdafiəçi millimizlə oyundan meydandan qovulmasından danışıb
O bildirib ki, həmin  vaxt azərbaycanlı futbolçu onun üzünə tüpürüb və söyüb:
"Mənimlə bağlı belə bir situasiya olmuşdu. Azərbaycanla matçda məni meydandan qovmuşdular. Həmin epizodda təxribat var idi. Rəqib mənə tüpürdü və söydü. Dözməyib cavab verdim”.
107