» » » Emil Balayev hələ də yeni klubunun düşərgəsinə qoşula bilmir

Emil Balayev hələ də yeni klubunun düşərgəsinə qoşula bilmir

Emil Balayev hələ də yeni klubunun düşərgəsinə qoşula bilmirAzərbaycan milli komandasının qapıçısı Emil Balayev hələ də "Səbail” klubunun düşərgəsinə qoşula bilmir. Premyer.az xəbər verir ki, "Səbail”in baş məşqçisi Samir Əliyevin sərəncamında görmək istədiyi Balayev hələ də Ukraynanın Xarkov şəhərindədir. Balayevin səfəri təhsillə bağlıdır.

"Səbail” iyunun 12-dən məşqlərə başlasa da qolkiperin nə vaxt Azərbaycana qayıdıb hazırlığa qatılacağı bəlli deyil.
"Qarabağ”la müqaviləsi başa çatan və yeni müqavilə imzalamayan Balayevin "Səbail”də oynayacağı dəqiqdir. Samir Əliyev bununla bağlı "Qarabağ”dan olan həmkarı Qurban Qurbanovla da danışıb. Aqil Məmmədovun "Qəbələ”yə keçidindən sonra isə "Səbail” Emil Balayevə əsas qapıçı gözü ilə baxır. Onunla ən azından 1 illik müqavilə imzalanacaq.
254