» » » UEFA 3 referimizin yeni kateqoriyasını açıqladı

UEFA 3 referimizin yeni kateqoriyasını açıqladı

UEFA 3 referimizin yeni kateqoriyasını açıqladıUEFA birinci kateqoriyaya yeni qoşulan hakimlərin adlarını açıqlayıb.

Premyer.az bildirir ki, azərbaycanlı FİFA referisi Əliyar Ağayevin də hansı sırada yer aldığı məlum olub. Gənc referimizin I kateqoriyaya düşəcəyi gözlənilsə də, bu, baş verməyib. UEFA onu II kateqoriyada saxlayıb.

Digər beynəlxalq dərəcəli hakimlərimiz Rəhim Həsənov və Ömər Paşayev isə III kateqoriyada qərarlaşıblar.

Birinci kateqoriyaya vəsiqə qazanan hakimlər bunlardır: Karlos Del Qerro Qrande (İspaniya), Oriel Qrinfeld (İsrail), Andreis Treimanis (Litva), Daniel Stefanski (Polşa).
189