» » » Volkana Azərbaycandan təklif var...

Volkana Azərbaycandan təklif var...

Volkana Azərbaycandan təklif var..."Fənərbaxça”nın qolkiperi Volkan Dəmirəlin agenti Erdinç Şehit açıqlama verib. Premyer.az bildirir ki, Şehit təcrübəli qolkiperin gələcək karyerasından danışıb. "BeİN Sports” kanalına danışan agentin sözlərinə görə, Volkana Azərbaycandan da təklif var:
"Fənərbaxça” ilə maliyyə məsələsini müzakirə edə bilmərik. Pul-para barədə danışmırıq, bu, ürək məsələsidi. Volkan karyerarısını "Fənərbaxça”da başa vuracaq. Hətta ona Azərbaycan, Amerika və İtaliyadan təkliflər var, amma "Fənərbaxça”dan başqa komanda ilə görüşmək istəmirik” – deyə cavab verdik. Mövsüm başa çatan kimi Volkana taliyadan təklif gəldi, amma mən əhəmiyyət vermədim. Transfer pəncərəsi açıldıqdan sonra görüşlər olacaq”.
Qeyd edək ki, Volkanın "Fənərbaxça” ilə müqaviləsi artıq başa çatıb. Təcrübəli qolkiperin adı bir müddət əvvəl "Qarabağ”la da hallanıb.
282