» » » "Qarabağ"ın yeni transferi: "Heyətə düşə bilməyəcəyimdən çəkinmirəm"

"Qarabağ"ın yeni transferi: "Heyətə düşə bilməyəcəyimdən çəkinmirəm"

"Qarabağ”ın heyətində ilk dəfə "Bakı”ya qarşı oynadım. Özümdən asılı olmasa da, həyəcan var idi. Amma çalışdım ki, həyəcanımı boğum,  çıxıb öz oyunumu göstərim. Qalib gəldik. İnanıram ki, bundan sonra daha yaxşı oynayacağıq. Hər şey yaxşı olacaq”. Premyer.az xəbər verir ki, bu sözlər yay transfer dönəmində "Bakı”nın "İnter” klubundan Ağdam təmsilçisinə transfer olunan Abbas Hüseynova məxsusdur.

Gənc futbolçu ötən gün "Bakı” ilə yoxlama oyununda ilk dəfə "Qarabağ”ın heyətində meydana çııb. O, Futbol11.az saytına verdiyi açıqlamada "Qarabağ”a uyğunlaşmaq baxımından çətinlik çəkmədiyini deyib: "Burada hələ təzəyəm. Uyğunlaşmaq deyəndə ki, futbolçularla tanışlığım var idi. Bəziləri mənimlə birlikdə "İnter”də forma geyiniblər. Yeni komandadayam. Hər kəs bir nəfər kimi can yandırır. Yavaş-yavaş uyğunlaşıram”.
Abbas "atlılar”da əsas heyət oyunçusu olmaq üçün əlindən gələni edəcəyini deyib: "Komandada bütün qərarları baş məşqçimiz verir. O qərar versə, çıxıb öz oyunumu göstərəcəyəm. Əlbəttə, bütün məsələləri nəzərə almışam. İstər-istəməz hər bir komandada heyətə düşmək, məşqçinin etimadını doğrultmaq çətin olur, təkcə "Qarabağ”da deyil. Bura gəlmişəmsə, deməli, çəkinməmişəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
206