» » » "Qəbələ" Avstriyada Rusiya komandasını sınağa çəkdi

"Qəbələ" Avstriyada Rusiya komandasını sınağa çəkdi

"Qəbələ" Avstriyada Rusiya komandasını sınağa çəkdiAvstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan "Qəbələ” hazırlıqlarını davam etdirir. Premyer.az bildirir ki, gündə iki dəfə məşq edən "qırmızı-qaralar” ikinci yoxlama oyununu keçirib. Komandamız bu gün Rusiyanın "Axmat” klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan oyun, Rusiya komandasının 1:0-lıq qələbəsi ilə başa çatıb.
Bu qarşılaşma Roman Qriqorçukun yetirmələrinin mövsümlərarası dövrdə ikinci sınağı olub. Komanda ilk matçında yerli "Fulpmes”ə 8:0 hesabı ilə qalib gəlmişdi. "Qırmızı-qaralar”ın bugünkü rəqibi "Axmat” uzun illər "Terek” adı ilə çıxış edən Qroznı təmsilçisidir. Çeçenistan klubu 2016/17 mövsümündə Rusiya Premyer Liqasında 5-ci yeri tutub. Bu nəticə 1958-ci ildə yaradılan klubun tarixində çempionatlarda əldə etdiyi ən yüksək göstəricidir. "Terek” həm də 2003/04 mövsümündə Rusiya kubokunun qalibi olub. Məhz həmin uğur qroznılıların avrokuboklarda debütünə imkan verib ki, 2004/05 mövsümü klubun tarixində qitəmiqyaslı turnirlərdə yeganə çıxış olub.
 
Yoxlama oyunu
15 iyun 2017
"Qəbələ” (Azərbaycan) 0–1 "Axmat” (Qroznıy, Rusiya)
 
Qol: Zaur Sadayev, 49-cu dəq.
160