» » » Haiti yığmasının hücumçusu "Zirə"də!

Haiti yığmasının hücumçusu "Zirə"də!

Türkiyənin Bolu şəhərində məşqlərini davam etdirən "Zirə” daha bir futbolçu ilə güclənib.
 
Premyer.az xəbər verir ki, Haiti yığmasının hücumçusu Kervens Belfort bundan sonra komandamızın şərəfini qoruyacaq. Futbolçu ilə "1+1” il şərti ilə müqavilə imzalanıb. 
 
Kervens Belfort karyerasına ölkəsinin "Tempete” klubunda başlayıb. Bundan sonra isə o, Fransa, İsveçrə, Cənubi Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. Hücumçunun son klubu İsveç təmsilçisi "Siriyanska” olub.
151