» » » Kamerunlu futbolçu "Zirə"də

Kamerunlu futbolçu "Zirə"də

Kamerunlu futbolçu "Zirə"dəÖlkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" baxışa yeni futbolçu dəvət edib. Premyer.az xəbər verir ki, söhbət kamerunlu Josep Boumdan gedir.

Ötən gün "qartallar"ın Boludakı təlim-məşq düşərgəsinə qoşulan mərkəz müdafiəçisi bu gün Bakının "İnter" klubu ilə yoxlama görüşündə meydana çıxıb. O, son zamanlar oynamadığı üçün baxışa dəvət olunub. Futbolçu ilə bağlı yekun qərarı məşqçilər korpusu yoxlama görüşlərindən sonra verəcəklər. Əgər legioner futbolçunun çıxışı baş məşqçi Ayxan Abbasovu qane etsə, onunla rəsmi müqavilə imzalanacaq. Əhs halda, Boum bakılıların düşərgəsini tərk etməli olacaq. 
Boumlar nəslinin II nümayəndəsi olan Jozefin karyerası Türkiyə çempionatı ilə bağlı olub. O, karyerası ərzində "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarda forma geyinib.

227     
Reklam

Reklam