» » » "Sumqayıt"dan təklif alan futbolçu karyerasını bitirdi

"Sumqayıt"dan təklif alan futbolçu karyerasını bitirdi

"Hələ oynamaq üçün gücüm vardı. "Şəmkir”dən ayrıldıqdan sonra bir qədər istirahət etdim. Düşünürdüm ki, karyeramı sabiq klublarımın birində oynayaraq bitirim. Amma bu reallaşmadı”.

Premyer.az bildirir ki, bu sözləri Futbol11.az saytına açıqlamasında qapıçı Elşən Poladov deyib. Artıq karyerasını bitirən Poladov bunun səbəbini izah edib: "Sumqayıt” mənim üçün doğma klubdur. İş təklifi gələndə karyeramı bitirməyi düşündüm. Klubun aşağı yaş qruplarında qapıçı məşqçisi kimi çalışacağam”.
 
Qeyd edək ki, Elşən Poladovun qardaşı Ruslan Poladov hələ ki karyerası ilə bağlı yekun qərar verməyib.

415     
Reklam

Reklam