» » » "Neftçi"nin yeni transferi: "Əsas məqsədim - 1 nömrə olmaqdır"

"Neftçi"nin yeni transferi: "Əsas məqsədim - 1 nömrə olmaqdır"

"Neftçi”yə gəldiyimə görə çox şadam. Məni kluba dəvət etdiyi üçün rəhbərliyə və baş məşqçimiz Elxan Abdullayevə təşəkkür edirəm”. Premyer.az xəbər verir ki, bu sözləri "Neftçi”nin yeni transferi Rəşad Əzizli deyib.

"Neftçi”yə keçidindən danışan 21 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı "ağ qaralar”ın özü üçün yad klub olmadığını vurğulayıb: "Neftçi”də illərlə oynamışam. Ona görə də bura mənim üçün yad məkan deyil”.
 
Əzizli qarşısına ciddi hədəflər qoyduğunu dilə gətirib: "Əsas məqsədim "1 nömrə” olmadı. Cavan olmağıma baxmayaraq, özümü sübut etməyə çalışacam. Təlim-məşq toplanışında, yoxlama oyunlarına özümü göstərəcəm ki, əsas heyətdə daim oynaya bilim.”
337     
Reklam

Reklam