» » » Qurban Qurbanov millimizin yeni baş məşqçisi ola bilər!

Qurban Qurbanov millimizin yeni baş məşqçisi ola bilər!

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Premyer.az Sportnet.az-a istinadən xəbər verir ki, AFFA rəhbərliyi hazırda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüş keçirir. 46 yaşlı məşqçi ilə böyük ölçüdə anlaşan federasiya rəsmiləri hazırda anlaşmanın detallarını müzakirə edirlər.

Yığmanın hazırkı baş məşqçisi Robert Prosineçki isə Bakıdan birbaşa Türkiyəyə yollanacaq. Xorvatiyalı mütəxəssis yaxın günlərdə "Bursaspor"la rəsmi müqavilə bağlayacaq.
334