» » » Elxan Abdullayev vəzifəsindən istefa verdi

Elxan Abdullayev vəzifəsindən istefa verdi

"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bundan sonra diqqətini yalnız "ağ-qaralar”ın çıxışına yönəldəcək. Premyer.az xəbər verir ki, o, milli komandadakı vəzifəsindən istefa verib.

Belə ki, millidə baş məşqçi Robert Prosineçkinin köməkçilərindən olan Abdullayev bundan sonra xorvatiyalıya yardım etməyəcək. 47 yaşlı çalışdırıcı bu gündən etibarən yalnız "Neftçi”nin baş məşqçisi vəzifəsində yer alacaq.
 
Qeyd edək ki, Elxan Abdullayev Prosineçkidən öncə millidə Berti Foqtsun da köməkçisi kimi fəaliyyət göstərib. O, "Neftçi"nin "sükanı arxası"na keçdikdən sonra iki vəzifəni icra etdiyi üçün bir çıx tənqidlərə məruz qalmışdı.
278     
Reklam

Reklam