» » » "Neftçi"nin sabiq futbolçusu avtomobil qəzasında həlak oldu (QƏZA FOTOLARI VƏ VİDEOSU)

"Neftçi"nin sabiq futbolçusu avtomobil qəzasında həlak oldu (QƏZA FOTOLARI VƏ VİDEOSU)

"Neftçi"nin sabiq futbolçusu avtomobil qəzasında həlak oldu (QƏZA FOTOLARI VƏ VİDEOSU)"Neftçi"nin sabiq futbolçusu Jonas Pessalli avtomobil qəzasında dünyasını dəyişib.

Premyer.az xəbər verir ki, Pessallinin ölümünə səbəb olan qəza bu gün Braziliyada baş verib. Onun idarə etdiyi "Audi" markalı avtomobil işıq dirəyinə çırpılıb. 26 yaşlı futbolçu hadisə yerində dünyasını dəyişib. Onun avtomobilində olan digər sərnişin isə ağır yaralanıb.
İddialara görə, Pessalli dostu ilə ad günü tədbirindən gəlirmiş.
"Neftçi"nin sabiq futbolçusu avtomobil qəzasında həlak oldu (QƏZA FOTOLARI VƏ VİDEOSU)
Hadisə şahidləri qəza ilə bağlı bunları deyiblər: "Təssüf ki, biz hadisə yerinə çatana qədər futbolçu dünyasını dəyişmişdi. Biz çox ciddi qəzadan onun cəsədini güclə çıxara bildik."
Pessallinin ölümünü formasını geyindiyi "Parana" klubu da təsdiqləyib: "Təəssüf hissi ilə bildirməliyik ki, oyunçumuz Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib".
Qeyd edək ki, Pessalli ötən mövsüm "Neftçi"dən "Parana"ya transfer olunmuşdu.

 






747     
Reklam

Reklam