» » » Aqil Nəbiyev Birinci Divizion klubuna baş məşqçi təyin edildi

Aqil Nəbiyev Birinci Divizion klubuna baş məşqçi təyin edildi

Aqil Nəbiyev Birinci Divizion klubuna baş məşqçi təyin edildiI Divizionda mübarizə aparacaq "Şüvəlan” klubunun baş məşqçisi müəyyənləşdi. Premyer.az bildirir ki, Futbol11.az saytının özəl məlumatına görə, komandanı  Azərbaycan milli komandasının sabiq üzvü Aqil Nəbiyev çalışdıracaq. Aqil baş məşqçi postuna təsdiqlənib. 

Kluba nəzarət edəcək AZAL-ın keçmiş vitse-prezidenti Fikrət Hüseynov bu postda uzun müddət AZAL-da oynamış və kapitan sarğısını daşımış Aqil Nəbiyevi uyğun görüb və tərəflər münasibətləri rəsmiləşdirib.
Qeyd edək ki, Aqil Nəbiyev bundan öncə "Turan Tovuz” və "Zirə”də çalışıb. Nəbiyevin köməkçiləri yaxın günlərdə müəyyənləşəcək.
Məlumat üçün əlavə edək ki, Nəbiyev B kateqoriyalı məşqçi lisenziyasına malikdir.
477     
Reklam

Reklam