» » » FİFA referimizin ailəsinə ağır itki üz verib

FİFA referimizin ailəsinə ağır itki üz verib

FİFA referimizin ailəsinə ağır itki üz veribAzərbaycanlı FİFA referisi Ömər Paşayevin ailəsinə ağır itki üz verib. Premyer.az xəbər verir ki, istedadlı referinin qardaşı avtomobil qəzasında dünyasını dəyişib. 

Bu barədə "Futbol+" qəzetinə açıqlamasında ədalət təmsilçisi özü məlumat verib: "Heç vaxt unuda bilməyəcəyim hadisə ilə qarşılaşdım. Qardaşımı itirdim. Avtomobil qəzasında dünyasını dəyişdi. Orxan məndən 3 yaş kiçik idi, 26 yaşı vardı. Mən Minskidən qayıdandan, daha doğrusu, evə çatandan yarım saat əvvəl baş verib hadisə. Novxanı tərəfdə, Görədil yolunda qəzaya düşüb. Qardaş itkisi ilə barışmaq çətindi..."
 
Premyer.az saytının kollektivi Ömər Paşayevin ailəsinə dərin hüznlə baş sağlığı verir və mərhuma Allahdan rəhmət diləyir.
608     
Reklam

Reklam