» » » Braziliyalı "Qəbələ"yə artıq lazım deyil

Braziliyalı "Qəbələ"yə artıq lazım deyil

Braziliyalı "Qəbələ"yə artıq lazım deyilÖlkəmizi Avropa Liqasında təsmil edəcək "Qəbələ" daha bir futbolçu ilə yollarını ayırıb. 

Premyer.az xəbər verir ki, söhbət braziliyalı Rikardinyodan gedir. Əldə etdiyimiz məlumata görə, "qırmızı qaralar" müqaviləsi başa çatan cinah müdafiəçisini komandada saxlamaqda maraqlı olmayıb. 
Bununla da "Qəbələ"ni tərk edən futbolçuların sayı 11-ə çatıb. Əyalət təmsilçisi bundan öncə  Teo Uiks , Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rafael Santos, Murad Musayev və David Petrzkeviç kimi futbolçuları göndərməyə qərar vermişdi. 
Qeyd edək ki, Rikardinyo 2015-ci ildən "Qəbələ"də çıxış edirdi. O, son mövsümdə daxili çempionatda 10 oyunda iştirak etmişdi.
211     
Reklam

Reklam