» » » "Səbail"dən 3 yeni TRANSFER

"Səbail"dən 3 yeni TRANSFER

"Səbail"dən 3 yeni TRANSFER"Səbail" növbəti mövsüm üçün daha 3 transferini rəsmiləşdirib. Premyer.az bildirir ki, Yamin Ağakərimzadə və Aqşin Muxtaroğlu ilə 1 illik, Raul Yaqubzadə ilə isə 2 illik müqavilə imzalanıb.
Son olaraq "Zirə"nin formasını geyən 25 yaşlı yarımmüdafəçi Yamin Ağakərimzadə bundan əvvəl "Rəvan" ilə də premyer liqa həyəcanı yaşayıb.
25 yaşlı yarımmüdafiəçi Aqşin Muxtaroğlunun son klubu "Turan Tovuz" olub. U-17 millimizin şərəfini qorumuş Muxtaroğlunun "Sumqayıt"ın heyətində də çıxış edib.
Ötən mövsüm "Zaqatala"da çıxış edən 23 yaşlı hücumçu Raul Yaqubzadə "Bakı"nın yetirməsidir.
760     
Reklam

Reklam