» » » ŞOK! Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandıra bilər

ŞOK! Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandıra bilər

ŞOK! Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandıra bilərAzərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandıra bilər. Premyer.az saytının etibarlı mənbədən əldə etdiyi məlumata əsasən, ötən mövsüm Birinci Divizionu 9-cu pillədə başa vurmuş və mövsümün ikinci yarısını gerçəkləşdirdiyi transferlərlə daim gündəmdə olan Qusarın "Şahdağ" klubunun növbəti mövsümdə çempionatda çıxışı sual altındadır.
 
Belə ki, klubun baş sposoru olan "AZENCO" ASC şirkəti "Şahdağ" klubunun növbəti mövsüm üçün maliyyələşdirilməsi barədə yekun qərarını hələ ki verməyib. Ötən mövsüm kluba hər ay 12.000 manat ayıran ASC maliyyələşdirməni dayandırarsa, klubun çempionatda çıxışı sual altında olacaq. Odur ki, klub rəhbərliyi və futbolçular hal-hazırda ASC-nin verəcəyi qərarı səbirsizliklə gözləyir.
 
Qeyd edək ki, "AZENCO" ASC Qafqazda energetika sahəsində tikinti, layihələndirmə və mühəndislik işləri aparan ən iri şirkətlərdən biridir.
 
Premyer.az
519     
Reklam

Reklam