» » » Kamran Ağayev "Səbail"də?

Kamran Ağayev "Səbail"də?

Kamran Ağayev "Səbail"də?"Boavişta”dan ayrıldıqdan sonra işsiz qalan millimizin üzvü Kamran Ağayev karyerasını ölkəmizdə davam etdirə bilər.

Premyer.az xəbər verir ki, bir müddət öncə Rusiyanın "Amkar” klubunun maraq dairəsində olduğu iddia edilən "çərçivə qoruyucusu” yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Səbail” klubuna keçə bilər.
Belə ki, "Səbail” hazırda qapıçı axtarışındadır. "Şirlər” AZAL-ı tərk edən Aqil Məmmədovla ilkin razılıq əldə etsə də, qolkiperin son seçimi "Qəbələ” oldu.
Məmmədovun bu seçimi "Səbail”in qapıçı axtarışına çıxmasına səbəb olub. Ən real namizədlərdən biri də Kamran Ağayevdi ki, onunla bağlı son qərarı məşqçilər korpusu verəcək.
326