» » » "Səbail"dən növbəti TRANSFER xəbəri

"Səbail"dən növbəti TRANSFER xəbəri

Növbəti mövsüm Premyer Liqada debüt edəcək "Səbail" komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

Premyer.az xəbər verir ki, paytaxt təmsilçisi "Zirə"dən ayrılan Yamin Ağakərimzadəni heyətinə cəlb edib. Gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Səbail" bunadək Aqil Məmmədov, Emin Mehdiyev, Aqşin Muxtaroğlu və Kamal Qurbanovla anlaşıb.

612     
Reklam

Reklam