» » » 17 yaşlı Rusiya futbolçusu Azərbaycanda oynamaq istəyir

17 yaşlı Rusiya futbolçusu Azərbaycanda oynamaq istəyir

Premyer.az saytı bu ilin fevral ayında "Onları Tanıyaq" rubrikasında öz oxucularını Rusiyada yaşayan gənc həmyerlimiz Cavid Ağamalıyevlə tanış etmişdi. 
 
17 yaşlı futbolçu sağ-sol yarımmüdafiəçisi mövqeyində çıxış edir. Azərbaycanda anadan olsada, 2 yaşında ailəsi ilə birlikdə Rusiyanın Samara şəhərinə köçən Cavid, 2017-ci ilin əvvəlindən Samaradakı SK SPO kollecinin avtomexanika fakültəsində təhsil alır.
 
Futbolla 9 yaşından məşğul olmağa başlayan həmyerlimizin ilk komandası Samaranın ЦСКА ВВС klubu olub. Bu klubun U-11 yaş qrupunda, Dobrınin Nikolay Arsenyeviçin başçılığı altında çıxış edib. 2012-ci ildə "Vosxod” klubunun U-13 heyətində Samara Vilayətinin çempionatında iştirak edib. 2014-2015-ci illərdə Samaranın "Lokomotiv” klubunun U-16 yaşlılardan heyətində oynayıb.
 
Cavid ilk dəfə 2014-cü ilin avqustunda Azərbaycana gəlib və Bakının "Neftçi” klubunun 1998/99-cu il təvəllüdlü futbolçulardan ibarət komandasında bir ay çıxış edib. 2016-cı ilin yayında isə Adil Mahmudovun dəvəti ilə Qusarın "Şahdağ”  klubunda baxışda olub. Lakin onun Azərbaycan vətəndaşlığı olmadığından, adı çəkilən klublara keçidi alınmayıb.
 
 
Hal-hazırda Rusiyanın Samara şəhərinin "Vosxod" klubunda çıxış edən Cavid növbəti problemlə üzləşib. Belə ki, Samaranın Birinci Divizionunda çıxış edən klubun baş sponsoru klubdan imtina etdiyindən, komanda yeni mövsümdə çempionatda iştirak  etmək üçün ərizə verə bilməyib.
 
17 yaşlı gənc və perspektivli futbolçu Premyer.az saytı vasitəsi ilə Azərbaycan klublarının rəhbərlərinə və futbol menecerlərinə müraciət edərək, öz doğma Vətənində çıxış etmək istədiyini və keçidi alınacağı təqdirdə, ona göstərilən etimadı doğruldacağını əminiklə qeyd edib....
354