» » » "Kəpəz" 4 legioner ilə yollarını ayırdı, biri ilə danışıqlar gedir

"Kəpəz" 4 legioner ilə yollarını ayırdı, biri ilə danışıqlar gedir

Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən "Kəpəz” yerli oyunçular ilə yanaşı, legionerlərlə də bağlı seçimə diqqət ayırır. Premyer.az xəbər verir ki, Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş 3 futbolçu ilə başa çatmış müqaviləni uzatmayıb. Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.
Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun "Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.
"Kəpəz” PFK-nın rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında onlara uğurlar arzulayır. 
Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdır. Odur ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir.

314     
Reklam

Reklam