» » » “Qəbələ”də keçirmiş yarımmüdafiəçisi "Sumqayıt"da

“Qəbələ”də keçirmiş yarımmüdafiəçisi "Sumqayıt"da

2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb.
Premyer.az xəbər verir ki, komanda ötən mövsümü "Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyyubovla güclənib. 24 yaşlı futbolçu komandayla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olan Rəşad Eyyubov mütəmadi olaraq, Azərbaycanın U-17, U-19, U-21 və əsas milli komandalarının şərəfini qoruyub.
287     
Reklam

Reklam