» » » Vüqar Bəybalayev "Kəpəz"ə xəyanət etdi?

Vüqar Bəybalayev "Kəpəz"ə xəyanət etdi?

"Sumqayıt" növbəti transferini həyata keçirib. Premyer.az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi ötən mövsüm "Kəpəz”in heyətində yer almış Vüqar Bəybalayevlə güclənib.

23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqaviləyə qol çəkilib. Halbuki "Kəpəz” klubu mayın 8-də Bəybalayevlə yeni sözləşmə imzaladığını rəsmən bəyan etmişdi.
 
"Sumqayıt” bundan öncə Tural Axundov ("Kəpəz”), Cavid İmamverdiyev ("Neftçi”), Cavid Tağıyev ("Zirə”) və Kamal Mirzəyevi (AZAL) heyətinə qatıb.
Qeyd edək ki, Bəybalayev ötən mövsüm ölkə çempionatında 19 matçda iştirak edib.
330     
Reklam

Reklam