» » » Hara? “Səbail”? Xəbərim yoxdur..

Hara? “Səbail”? Xəbərim yoxdur..

Ötən mövsümü AZAL-ın heyətində keçirən Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanovun adı elitanın debütantı "Səbail” ilə birgə çəkilir. Premyer.az saytının məlumatına görə, "Səbail” təcrübəli cinah müdafiəçisinin xidmətində maraqlıdır.

Futbolçunun özü isə bu xəbəri təkzib edib:
"Səbail”? Xəbərim yoxdur. Bilirəm ki, komanda elitada çıxış edəcək, heyətini gücləndirir. Amma mənə heç kim müraciət etməyib, bu barədə danışığımız olmayıb”.
Qeyd edək ki, Əmircanov karyerası ərzində "Karvan”, "Qəbələ”, "İnter”, "Neftçi” kimi iddialı klubların formasını geyinib.
 
Foto: Viktoriya Melnik
258