» » » "Sumqayıt" 1 legioner və 3 yerli futbolçu ilə yollarını ayırdı

"Sumqayıt" 1 legioner və 3 yerli futbolçu ilə yollarını ayırdı

"Sumqayıt" 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Premyer.az xəbər verir ki, heyətini gücləndirməklə yanaşı komandanın sıralarını daha bir neçə futbolçu tərk edib.

Belə ki, Mirabdulla Abbasov və Yusif Nəbiyevin icarə müqaviləsinin vaxtı bitdiyi üçün klublarına qayıdıb. Bundan başqa, Məhəmməd Qurbanovun  mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləsi başa çatıb. Rusiyalı legioner Nasir Abilayevin müqaviləsi isə qarşılıqlı razılıq əsasında ləğv edilib.
 
Qeyd edək ki, "Sumqayıt" Cavid İmamverdiyev, Tural Axundov və Kamal Mirzəyevi heyətinə qatıb.
390     
Reklam

Reklam