» » » "Sumqayıt" daha 4 futbolçu ilə yollarını ayırdı

"Sumqayıt" daha 4 futbolçu ilə yollarını ayırdı

"Sumqayıt"da növbəti ayrılıqlar reallaşıb. Premyer.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Kamran Abdullazadə və Məhəmməd Qurbanovun ardından daha 4 futbolçu ilə yollarını ayırıb. 

Əldə etdiyimiz məlumata görə, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov Seymur Əsədov, Tərlan Əhmədli, Mikayıl Rəhimov və Ayaz Mehdiyevi növbəti mövsüm üçün planlarına daxil etməyib. Artıq futbolçular rəsmən komandadan göndəriliblər.
 
Qeyd edək ki, "Sumqayıt" heyətini gücləndirməyə da davam edir. Vurğun Hüseynov, Rail Məlikov, Fərhad Vəliyev və Bəxtiyar Həsənalızadə ilə  yeni müqavilə imzalayan komanda Tural Axundov, Cavid İmamverdiyev, Cavid Tağıyev və Kamal Mirzəyevi də transfer edib.

311     
Reklam

Reklam