» » » "Səbail"in yeni baş məşqçisi açıqlandı (FOTOLAR)

"Səbail"in yeni baş məşqçisi açıqlandı (FOTOLAR)

"Səbail"in yeni baş məşqçisi açıqlandı (FOTOLAR)Samir Əliyevlə 3 illik müqavilə imzalanıb
Bu gün "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. Premyer.az bildirir ki, "Səbail" klubunun ev oyunlarını keçirdiyi və ofisinin yerləşdiyi Bayıl stadionu IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sıx qrafiklə çalışdığı üçün iclasın AFFA-nın inzibati binasında təşkil olunması ilə əlaqədar klub tərəfindən ünvanlanmış müraciət AFFA tərəfindən müsbət cavablandırııb.
Birinci Divizionda ikinci yeri tutmaqla Premyer Liqaya vəsiqə qazanan klubun gələcək fəaliyyətinin müzakirə olunduğu iclasda baş məşqçinin də kimliyinə aydınlıq gətirilib. Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. Samir Əliyevin müqaviləsi 3 illik müddəti əhatə edir.
İclasa dəvət olunan Samir Əliyev göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib.
Buna qədər "Səbail" FK-nın baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.

"Səbail"in yeni baş məşqçisi açıqlandı (FOTOLAR)
"Səbail"in yeni baş məşqçisi açıqlandı (FOTOLAR)
"Səbail"in yeni baş məşqçisi açıqlandı (FOTOLAR)
"Səbail"in yeni baş məşqçisi açıqlandı (FOTOLAR)
409     
Reklam

Reklam