» » » 15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)

15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)

15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO) 2002-ci ildə ilk dəfə Naxçıvana səfər etdiyimdə, heç ağlıma da gətirə bilməzdim ki, bu qədim Azərbaycan torpağına ikinci səfərim düz 15 illik fasilədən sonra baş tutacaq. Səfərin səbəbkarı isə PFL oldu. Azərbaycan Kubokunun final oyununu işıqlandırmaq üçün Naxçıvan Muxtar Respublikasına idman jurnalistlərinin səfərini  təşkil edən PFL, təxminən 40-a yaxın media nümayəndisini bu qədim diyarımıza götürdü...
 
 
Hava limanı
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
 
Səfər təyyarə ilə həyata keçirildiyindən, Naxçıvan Muxtar Respublikası  ilə tanışlığımız Naxçıvan şəhərinin beynəlxalq hava limanından başladı.   Başdan qeyd etmək istərdim ki, istər hava limanında, istərsə də şəhərin özündə bu 15 il ərzində gözə çarpacaq irəliləyişlər əldə olunub. Gözəl günəşli havası ilə bizi qarşılayan Naxçıvan şəhəri, gün ərzində Bakı kimi dəyişkən, amma təmiz havası ilə bizi sevindirdi.
 
"Əshabi-kəhf” ziyarətgahı
 
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
Hava Limanından çıxar-çıxmaz, Naxçıvanın vizit-kartı olan sarı taksilərlə rastlaşdıq. Oyun öncəsi "Duzdağ” otelində keçirilməsi planlaşdırılan Naxçıvan Kubokunun təqdimetmə mərasiminə yetərincə vaxt qaldığını nəzərə alaraq (red. Təyyarə Naxçıvan şəhərinə saat 9:40-da enmişdi), Naxçıvanın ən görməli məkanlarından biri olan "Əshabi-kəhf” ziyarətgahına getməyə qərar verdik. 4 həmkar sarı taksilərdən biri ilə anlaşaraq, adını çəkdiyim məkana gəldik. Gördüklərim məni və həmkarlarımı heyran etdi desəm, yanılmaram.
 
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)"Əshabi-Kəhf” —Naxçıvan şəhərindən təqribən 12 km aralıda, Culfa rayonu ərazisində, İlandağ ilə Nəhəcir dağı arasındakı,  təbii mağarada yerləşən bir ziyarətgahdır.  Havanın günəşli və isti olmasına baxmayaraq, mağaranın içi sərin və zəvvarlarla dolu idi. Əshabi-kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda  məlumat var. Quranın”Kəhf” ("Mağara") surəsində əksini tapmış əfsanəyə görə isə, Allaha  inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur.
 
"Duzdağ” oteli
 
 
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)Ziyarətimizi başa vurduqdan sonra birbaşa "Duzdağ” otelinə yollandıq.  Naxçıvan şəhərindən 10 km-lik məsafədə yerləşən bu 5 ulduzu otelin əsas özəlliyi, turistlərə təqdim edilən nömrələr arasında duz mağaralarında yerləşən nömrələrin mövcud olmasıdır. Yalnız otel haqqında təsərruatı bir az pozan – internetin zəif olması və mobil telefonların elektrik cərəyanına qoşulması üçün foyedə yetərincə rozetkaların olmaması idi…
 
"Naxçıvan Kuboku”nun təqdimatı
 
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
Bir az gecikmə ilə başlayan "Naxçıvan Kuboku”nun təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və  İdman naziri Azad Cabbarov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək, Kubok haqqında məlumat verib, jurnalistlərin çoxsaylı suallarını cavablandırdılar. Həmkarımın israr etməsinə baxmayaraq, cənab nazir turnirin təxmini büdcəsi haqqında media nümayəndələrinə dəqiq məlumat verməkdə çətinlik çəkdi.  PFL prezidenti isə öz çıxışında Kubokun final oyununun nədən məhz Naxçıvanda keçirilməsinə qərar verildiyini əsaslandırmağa çalışdı….
 
Möminə Xatun Türbəsi
 
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
Tədbir başa çatdıqdan sonra, "Badaşqan” istirahət mərkəzində media nümayəndələrinə nahar yeməyi verildi, daha sonra isə asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün, PFL-in təşəbbüsü ilə Möminə Xatun Türbəsinin ziyarət edilməsinə qərar verildi.
Möminə Xatun türbəsi — məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin XXII əsrə aid olan şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşən  Möminə xatun türbəsi  - həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.
Adını soruşmağı unutduğum bələdçi xanıma, bizə bu tarixi abidə haqqında  verdiyi dəyərli məlumata görə öz həmkarlarım adından dərin təşəkkürümü bildirirəm.
 
Kubokun açılış mərasimindəki nöqsanlar və Röyanın biabır olması....
 
Möminə Xatun Türbəsini ziyarət etdikdən sonra media nümayəndələri üçün ayrılmış avtobusla Naxçıvan Muxtar Respublikası stadionuna gəldik. Oyundan öncə, saat 15:00-da Kubokun final oyununun açılış mərasimi və bədii hissəsi keçirildi. Nəsib Nurun aparıcılıq etdiyi açılış mərasimində  əməkdar artist Röyanın iştirakı ilə konsert proqramı baş tutdu. Yalnız burda da nöqsansız alınmadı.
Belə ki ifaya yenicə başlamış Röya, səsötürücü kalonkaların qəfil sönməsi nəticəsində ifasını yarıda dayandırmalı və yaranmış xoşagəlməz vəziyyətdən çıxmaq üçün, stadionu dolaşaraq, 10 min tamaşaçıdan oxuduğu mahnının sözlərini ifa etməyi rica edirdi.. Qızmar günəş altında toplaşan çoxsaylı  tamaşaçılar isə, ya mahnının sözlərini bilmədiyindən, ya da günəşin şualarının təsirindən əməkdar artistimizə kömək edə bilmədilər..
Onu da qeyd edək ki, yalnız VİP personalar üçün ayrılan yerin qapalı olması, belə qızmar havada açıq səma altında oyunu izləyən həm azarkeşlər, həm də media nüməyəndələrinə öz işini normal yetirə yetirməkdə böyük çətinliklər yaratdı. Stadiona toplaşan azarkeşlər yerli havaya alışıq olduğundan, şəmsiyyələrlə günəş şualarından qorunurdular, jurnalistlərin badına isə öz gödəkçələri gəlirdi.
Yerli təşkilatçılar media işçilərini bu isti havada adi su ilə belə təmin edə bilmədilər.  İkinci hissənin sonuna yaxın yenə də jurnalistlərin imdadına PFL işçiləri gəldi və bütün KİV nümayəndələri su ilə təmin olundu.
 
Sönük final oyunu
 
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
Final oyununa gəlincə, oyun gözlənildiyi kimi, nominal meydan sahibləri olan "Qarabağ”ın üstünlüyü şəraitində keçdi. Sönük oyun nümayiş etdirən hər iki komandanın futbolçuları, bəlkə də hava şəraitinin təsiri ucbatından meydanda zorla hərəkət edir, heç bir maraqlı fəndlərlə yadda qalmırdı. Beləlikələ də final fitindən sonra ağdamlılar bu mövsümün dublunu rəsmiləşdirdilər.
 
Mükafatlandırma mərasimi və Bakıya dönüş
 
Röyanın çıxışından sonra tribunaları demək olar ki hamılıqla tərk edən xanım tamaşaçılara, final fitindən sonra yerli kişi azarkeşlərin də böyük bir hissəsi qoşuldu. Beləliklə də mükafatlandırma mərasimini hər iki finalçının Naxçıvana gələn azsaylı azarkeşləri və bu istiyə tab gətirən ən sadiq futbol azarkeşləri izlədi.
Mətbuat konfrasları da bitdikdən sonra media nümayəndələri axşam yeməyi üçün yenidən "Badaşqan” istirahət mərkəzinə, ordan isə hava limanına yollandı. Günorta saatlarından fərqli olaraq, axşam hava yağmurlu və sərin idi. Odur ki gün ərzində yorulan KİV nümayəndələri bir az dincəldikdən sonra, bir an öncə Bakıya qayıtmağa can atırdı.
 
p.s. Media nümayəndələri iə birlikdə eyni təyyarədə "Qəbələ” komandası da paytaxta dönürdü. Roman Qriqorçukun yetirmələri, ukraynalı mütəxəssisin özü də daxil olmaqla, çox sakit və məyus görünürdülər....
 
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
15 ildən sonra yenidən Naxçıvanda: Biabır Röya, “tərləyən” kubok (YAZI, FOTOLAR, VİDEO)
 
Rauf İskəndərov /Premyer.az /Naxçıvan
1323     
Reklam

Reklam