» » » "Kəpəz"in kapitanı özünə yeni klub tapdı

"Kəpəz"in kapitanı özünə yeni klub tapdı

3 futbolçu ilə yeni müqavilə imzalayan "Sumqayıt" Futbol Klubu 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Premyer.az bildirir ki, komanda son olaraq, "Kəpəz"də çıxış edən Tural Axundovu heyətinə qatıb. 28 yaşlı futbolçu "Sumqayıt" FK ilə 1 illik müqavilə müqavilə imzalayıb.

Qeyd edək ki, Tural Axundov "Kəpəz"dən (62 oyun, 11 qol) başqa, "Muğan" (39 oyun, 3 qol), "Rəvan" (54 oyun) və "Simurq"un (63 oyun) formasını geyinib.
246     
Reklam

Reklam