» » » “Qəbələ” Futbol Akademiyasına seçimlər başladı

“Qəbələ” Futbol Akademiyasına seçimlər başladı

"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir. Premyer.az bildirir ki, seçimlər Qəbələ şəhər stadionunda 20-21 may tarixlərində 2000 - 2008-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63, 055 511 39 65
Email: recruitment@gabalafc.az
Seçim tarixləri:
Qəbələ Şəhər Stadionu
20 may – 2000, 2001, 2002, 2003, 2004-cü il təvəllüdlü futbolçular
21 may – 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü futbolçular
Seçimlər saat 10:00-da başlayacaq.
Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.
Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə "Qəbələ” ilə addımla!!!

150     
Reklam

Reklam