» » » "Zirə" avrokuboklara son vəsiqəni qazandı

"Zirə" avrokuboklara son vəsiqəni qazandı

Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların tam siyahısı dəqiqləşib. Premyer.az bildirir ki, qitəmiqyaslı turnirlərə sonuncu vəsiqəni "Zirə” klubu qazanıb. Paytaxt təmsilçisi buna Topaz Premyer Liqasının sonuncu - XXVIII turunda nail olub. Səfərdə AZAL-ı 3:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri çempionatı 4-cü pillədə başa vurub və UEFA Avropa Liqasında oynamaq hüququ qazanıb. Qəsəbə təmsilçisi bu yarışa vəsiqəni öncədən təmin edən "Qəbələ” və "İnter”lə birlikdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan "Qarabağ” isə Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Təmsilçimiz yarışa II təsnifat mərhələsindən qoşulacaq.
248     
Reklam

Reklam