» » » Yığmamız Monteneqroya 6 qol vurdu

Yığmamız Monteneqroya 6 qol vurdu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.
 
Premyer.az bildirir ki, yığmamız Monteneqro komandası ilə qarşılaşıb. Oyunu 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.
195