» » » Ruzi Qiyaslı: "Onlara bəzi şeyləri sübut etmək istəyirdim və etdim.." (MÜSAHİBƏ, FOTOLAR)

Ruzi Qiyaslı: "Onlara bəzi şeyləri sübut etmək istəyirdim və etdim.." (MÜSAHİBƏ, FOTOLAR)

Müqavilə ilə "Neftçi"yə məxsus olan və hal-hazırda icarə əsasında I Divizionun "Şəmkir" klubunda çıxış edən 22 yaşlı qolkiper Ruzi Qiyaslı Premyer.az-ın suallarını cavablandırıb:
 
 
- Bu mövsüm komanda qarşısında hansı məqsədlər qoyulmuşdu?
- Qarşımızda çempionluq məqsədi qoyulmuşdu. Hətda təlim-məşq toplanışına Antalya şəhərinə yollanmışdıq. Təəssüflər olsun ki, istəyimizə nail ola bilmədik.
 
- Çempionatın sonuna artıq iki tur qalıb. "Səbail”lə səfərdə, "Ağsu” ilə isə evdə qarşılaşacaqsız. Hansı nəticəni gözləyirsən bu oyunlardan?
- Bəli, vacib iki oyunumuz qalıb. Öz səhvlərimizdən liderlər sırasından uzaqlaşdıq, amma hələ də 3-cü yer tutmaq şansımız var. Əgər bu oyunlardan qalib ayrılsaq, ümid edirəm ki, bürünc medallar bizim olacaq.
 
- Konkret olaraq növbəti oyununuz haqqında nə deyərdin?
- "Səbail” hal-hazırda liderlər sırasındadır. Bu oyuna çox ciddi hazırlaşırıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
 
- Bu mövsümdə öz oyununu necə dəyərləndirirsən?
- Çempionatın ilk yarısını əsasən ehtiyatda keçirdim. Elşən Poladov kimi təcrübəli qapıçı ilə son 5 oyundur stabil oynayıram. Çox şükür ki bu oyunlarda yaxşı nəticə göstərmişik. Oyun sayı az olsa da, məncə qənaətbəxş saymaq olar çıxışımı.
 
- Ən yadda qalan oyun hansı olub?
- "Qaradağ Lökbatan”la oyunu qeyd etmək istərdim. 2:0 hesabı ilə qələbə qazandıq. Son klubum ora olduğu üçün, onlara bəzi şeyləri sübut etmək istəyirdim və etdim..
 
- Yeni mövsümdə yeni klubda çıxış etmək istərdin mi? Təkliflər var mı?
- Müqavilə ilə "Neftçi”yə məxsusam. Çempionat bitmək üzrədir. Qabaqcadan nəsə demək istəməzdim. Hər şeyi zaman göstərəcək. Ümid edirəm ki, ürəyimdəki arzular gerçəkləşəcək.
 
Rauf İskəndərov /Premyer.az




251