» » » Milli komandamızın baş məşqçisinə İspan klubundan təklif gəldi

Milli komandamızın baş məşqçisinə İspan klubundan təklif gəldi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki İspaniyanın "Valensiya" klubundan təklif gəlib. 
Premyer.az bildirir ki, "Kicker" jurnalının verdiyi məlumata görə, "yarasalar" növbəti mövsümə xorvatiyalı mütəxəssislə başlamaq niyyətindədirlər.
Bu məqsədlə 48 yaşlı mütəxəssisin nümayəndəsi Yaşar Çalışır ötən gün "Valensiya" rəsmiləri ilə görüşüb. Ona klubun uzunmüddətli əməkdaşlıq üçün baş məşqçi axtardığı bildirilib.
Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real Madrid", "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir.

111